Kubanın Matansas əyalətində neft anbarı bazasını ildırım vurması nəticəsində iri miqyaslı yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə zamanı azı 77 nəfər xəsarət alıb.

Yaxınlıqdakı rezervuarda dörd partlayışın qeydə alındığı qeyd edilir. Zərərçəkənlərin hamısı hazırda xəstəxanaya yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağır, dördünün vəziyyəti kritikdir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, neftin dağılması barədə məlumat verilmir.