Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin keçmiş nişanlısı aktyor Gökhan Alkanla barışması ilə bağlı şayiələr yayılıb. 

"Unikal" xəbər verir ki, ötən gün cütlüyün barışdığı və Bodrumda birlikdə istirahət etdiyi iddia edilib. Nəsrin məsələ ilə bağlı paylaşım edərək yazılanları təkzib edib.

Aktrisa "Haqqımda hər gün yalan xəbər oxuyanda mən də sizin kimi təəccüblənirəm. Yenə də xəyal gücünüzün əlinə sağlıq. Ümid edirəm, bir yerdə yorularsınız", -  deyə, yazıb.

Qeyd edək ki, sosial media üzərindən belə bir-birilərini "silən"cütlüyün ayrılıq səbəbi isə hələlik bəlli deyil.