İkinci Dünya Müharibəsi zamanı Sakit okean müharibələri zamanı ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atmasının 77-ci ildönümü ilə əlaqədar şəhərdəki Sülh Abidəsində anma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, mərasimdəki çıxışında BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, nüvə silahı cəfəngiyyatdır, o, təhlükəsizliyə deyil, yalnız ölümə və məhvə zəmanət verir.