Əlcəzairin Xarici İşlər Nazirliyi Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu və Çin Xalq Respublikasının bu ərazilərin yeganə qanuni nümayəndəsi olduğunu bəyan edib.

"Unikal" xəbər verir  ki, bunu Əlcəzairin Pekindəki səfiri Həsən Rəbhin Çinin Sincan Uyğur Muxtar Bölgəsinə səfəri zamanı Çin mediasının Tayvan məsələsindəki inkişaflarla bağlı sualları cavablandırarkən deyib.  

Onun sözlərinə görə, "Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir. Bu, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1971-ci il tarixli 2758 saylı qətnaməsində açıq şəkildə qeyd olunub",- deyə bildirib.