Türkiyənin "Fulmars" yük gəmisi Ukraynanın "Çornomorsk" dəniz ticarət limanına yaxınlaşır.

"Unikal" xəbər verir ki, bu barədə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun rəhbəri, "BlackSeaNews" portalının baş redaktoru Andriy Klimenko məlumat verib.

"Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə tammiqyaslı müdaxiləsi başlayandan bəri ilk gəmi Ukrayna limanına yaxınlaşır". 

Quru yük 10 gündən çox əvvəl Türkiyənin Mərmərə dənizindəki Bandırma limanından çıxıb. Avqustun 2-dək gəmi Türkiyənin Pendik limanı yaxınlığında, daha sonra isə avqustun 5-dək Qara dənizdə Bosfor boğazı yaxınlığındakı lövbərdə dayanıb və oradan saat 15:50-də Çornomorsk limanına yola düşüb.