Xerson vilayətinin Kaxovski rayonuna ruslar tərəfindən təyin edilmiş qondarma “Mərkəzi Təhlükəsizlik Agentliyinin rəis müavini” Vitali Guruya “sui-qəsd”  təşkil olunub. 

"Unikal" xəbər verir  ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Vitali Gur naməlum şəxslər tərəfindən güllələnib.  

“Naməlum şəxslər, ehtimal ki, Makarovun tapançası ilə Guru güllələyiblər. Hücum yerində qumbaraatandan partlayıcı gilizlər tapılıb”, - deyə məlumatda bildirilir.

Bununla yanaşı, ukraynalı  xalq depuatı Oleksiy Honçarenko özünün "Telegram" kanalında Gurun sui-qəsdə məruz qalmasını belə şərh edib:

"Ruslar necə də şanssızdırlar. Novaya Kaxovkanın işğal administrasiyası rəhbərinin müavini Vitali Quru bu gün güllələnib. Xəyanətkarın vəziyyəti çox ağırdır, inşallah öləcək”. 

Qeyd edək ki, daha bir yüksək vəzifəli əməkdaş – “Xerson vilayətinin administrasiyasının rəhbəri” Vladimir Sald ağır vəziyyətdə Moskvaya göndərilib. Həkimlərin qeyri-rəsmi məlumatına görə,  Saldo zəhərlənib.

Gülayə  Mecid