Xorvatiyada 12 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.  

"Unikal" xəbər verir  ki, Polşa nömrə nişanlı avtobus Bosniya-Herseqovinaya gedərkən qəzaya düşüb. Avtobusda polşalı zəvvarlar olub. Qəzanın baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.