Tayvanda Müdafiə Nazirliyinin nəzdində olan raket inkişafı şirkətinin baş məmuru hotel otağında ölü tapılıb.

"Unikal" xəbər verir ki, Çunq-Şan Milli Elm və Texnologiya İnstitutunun vitse-prezidenti Ou Yanq Li-hsinq adanın cənubundakı Pinqtunq bölgəsində ölüb. Yerli media, Tayvanlı raket rəsmisinin böyük ehtimalla infarktdan öldüyünü bildirib. 57 yaşlı Tayvanlı məmurun otel otağında heç bir şübhəli tapıntı aşkar edilməyib.

Ou Yanqın Tayvanda bir çox raket layihələrinə cavabdeh olduğu bildirilib.

Tədbirin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin bölgədə hərbi təlimlərə başladığı dövrə təsadüf etməsi diqqət çəkib.

Gülayə Mecid