Amerikalı iş adamı, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "Twitter" sosial şəbəkəsini satın almaq üçün şərtini açıqlayıb.

"Unikal"ın məlumatına görə, o bildirib ki, "Twitter" sosial şəbəkədəki istifadəçilərin hesablarının həqiqiliyinin necə təsdiq olunduğunu göstərəcəyi təqdirdə, satınalma ilə bağlı danışıqlar bərpa oluna bilər.

İ.Mask bildirib ki, bu halda danışıqlar əvvəlki şərtlər daxilində bərpa olunacaq.

Xatırladaq ki, dünyanın ən zəngin şəxsi bu ilin aprel ayında "Twitter"i 44 milyard dollara satın alacağını elan etmişdi. Daha sonra saxta istifadəçi hesablarının qarşısının alınması ilə bağlı mexanizmin təqdim olunmamasını əsas gətirən İ.Mask sövdələşmədən imtina etmişdi.