Futbol üzrə Almaniya Bundesliqasının birinci turunda "Bavariya" klubu "Ayntraxt"ın qonağı olub.

"Unikal" xəbər verir ki, oyun qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bavariya"nın heyətində qolları Yozua Kimmix (5-ci dəqiqə), Benjamen Pavar (10), Sadio Mane (29), Camal Musiala (35,83) Serj Qnabri (43) vurublar, "Ayntraxt"ın yeganə qolunu isə Randal Kolo Muani (64) vurub.