Dağıstanın Kizlyarski rayonun faciə baş verib.

"Unikal" xəbər verir ki, iki azyaşlı avtomobilə bağlı qalıb.

Uşaqlardan biri ölüb, digərinin vəziyyəti ağırdır. Bu barədə “Dağıstanın Daxili İşlər Nazirliyi” Telegram kanalı məlumat yayıb .

Avqustun 5-də günorta saatlarında Vpered kəndində iki uşaq yoxa çıxıb: dörd yaşlı oğlan və iki yaşlı qız. Valideynlər polisə zəng etməyib, qohumları və həmkəndliləri tərəfindən axtarışlar təşkil edilib. Su anbarlarını, dərələri, çölləri və digər təhlükəli yerləri yoxlanılıb. Nəticədə uşaqlar günorta saatlarında evin yanında dayanmış avtomobillərdən birində tapılıb.

Respublika Daxili İşlər Nazirliyindən verilən məlumata görə, arxa şüşələr tünd olduğundan uşaqları görmək çətinləşib. Qız xəstəxanaya çatdırılıb, həkimlər onun həyatı üçün mübarizə aparır.