ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ordusuna 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, yardım paketinə ən azı 50 M113 zirehli transportyoru, həmçinin HIMARS reaktiv yaylım atəş sistemi (MLRS) daxil olmaqla, uzaq mənzilli silahlar üçün döyüş sursatları daxil olacaq.

Aydınlaşdırılır ki, yardım paketinin tərkibi və əhatə dairəsi ilə bağlı detallar Ağ Ev rəhbərinin yekun təsdiqinə qədər dəyişə bilər.

Daha əvvəl Reuters xəbər vermişdi ki, Avropa İttifaqı sentyabr ayına qədər Ukraynaya 8 milyard avroluq yeni yardım paketi formalaşdırmaq niyyətindədir. Bu paket iki hissədən ibarət olacaq və qrantlar və kreditlər daxildir.