Ağdaş -Qəbələ yolundakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, onlar "Mercedes"in sürücüsü 1974 cü il təvəllüdkü Gəncə şəhər sakini  Elsevər Səfərov, 2006 cı il  təvəllüdlü Mingəçevir şəhər sakini Mehriban Səfərova, Mingəçevir şəhər sakinləri- 1979 -cu il təvəllüdlü Yaqub Səfərov, 2004-cü il təvəllüdlü Səfərova Fidan Elsəvər qızı, 1987-ci il təvəllüdlü Tural Qarayevdir.  

Qeyd edək ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Ehtiram Muradov