"İki lider arasında Bayraktar pilotsuz uçan aparat məsələsi müzakirə edilmədi".

"Unikal" xəbər verir ki, bu gün Rusiyanın Soçi şəhərində prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşlə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov deyib.

Görüşün 4 saat davam etdiyini xatırladan Peskov, "Soçidəki görüş Moskva vaxtı ilə saat 15.00-dan sonra başladı. İki ölkə liderləri həm dar, həm də geniş tərkibdə 4 saat görüşdülər. Birgə bəyannamə qəbul edildi " dedi .

Daha əvvəl gündəmdə olan Bayraktar TB2 pilotsuz uçuş aparatının (PUA) Rusiyada istehsalı və alınması ilə bağlı liderlərin görüşü olub-olmaması sualına Peskov sadəcə olaraq “Xeyr” cavabını verib.