Məşhur aktyor Arda Kural Büyükçekmecə çimərliyində bir məkanın menecerini döyərək dava saldığına görə, saxlanılıb.

"Unikal" xəbər verir ki, ifadəsi alınan Kural sərbəst buraxılıb.

Bir müddətdir gündəmdə olan məşhur sənətçi psixoloji müalicə alır.

ailəsinin Böyükçəkməcədə yaşadığı öyrənilən Kural dünən gecə saatlarında bir məkanın müdiri Əhməd Y. ilə mübahisə edərək onu döyüb.

Hadisə yerinə çağırılan polis Kuralı saxlayıb və tədbir görərək sərbəst buraxıb.Kuralın sahildə dava etməzdən əvvəl qardaşı və anasını hədələyərək dava saldığı üçün ailəsinin də ondan şikayət etdiyi öyrənilib. Digər tərəfdən, Arda Kuralın ailədəki problemlərə görə ailəsinə qarşı 1 ay müddətinə uzaqlaşdırma qərarı çıxarılıb.