Ağdaşda ağır yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Savalan kəndi istiqamətində baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Tayyüm oğlu Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda keçinib. Daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov