Beşiktaş Gimnastika Klubunun İdarə Heyətinin üzvü Umut Tahir Günəş İstanbulun Eyüp Sultan səmtində silahlı hücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, meşəlik əraziyə qaçan silahlı şəxs axtarılır.

İstanbul Kemerburgazda ofisi olan Umut Tahir Günəş axşam saatlarında işdən çıxaraq avtomobili ilə evə gedərkən silahla hücuma məruz qalıb və ayağından yaralanıb. Hadisə saat 19.00 radələrində İstanbul küçəsində baş verib.

Xəstəxanaya çatdırılan Umut Tahir Günəşə tibbi yardım göstərilib. Silahlı təcavüzkar yol kənarındakı meşəlik əraziyə doğru qaçaraq gözdən itib. Hadisəni törədən təcavüzkarın tutulması üçün istintaq başladılıb.