Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənitan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər son günlər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

Dövlət katibi gərgin vəziyyətdən narahatlığını ifadə edib və sabitləşməyə töhfə verməyə hazır olduğunu bildirib.