Türkiyə Ağrı Doğubayazıtda təhlükəli terrorçu Murat Karailanın təyin etdiyi 2 terrorçu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, Daxili İşlər Naziri Süleyman Soylu əməliyyatın təfərrüatlarını bu sözlərlə bölüşüb:

"Murat Karailan tərəfindən xüsusi tapşırıqla təyin olunmuş iki terrorçu bu gün Ağrı Doğubayazıtda sarı çantaya girdi. Polis Kəşfiyyatı, PÖH və Jandarma qəhrəmanlarımızı təbrik edirik. Tezliklə Amerika Karayılan üçün başsağlığı verəcək"-deyə nazir sosial media hesabında bildirib.