Avqustun 18-də Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç Brüsseldə görüşəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.

Qeyd edək ki, Aİ avqustun 1-də hər iki liderə görüş barədə təklif göndərmişdi.

Xatırladaq ki, Kosovo və Serbiya arasında gərginliyə səbəb Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar olub.