Çin hakimiyyəti siyasətçinin Tayvana səfərindən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun ailəsinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. 

Nazirlik qeyd edib ki, Pelosi Pekinin ciddi narahatlıqlarına və etirazlarına baxmayaraq adaya səfər edib. ÇXR bunu ölkənin suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Çinin daxili siyasətinə sərt müdaxilə kimi qiymətləndirib.

Ağarza Elçinoğlu