Abşeronda qadına qarşı zor tətbiq edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də X.Həsənovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl boyunbağısını almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.