Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başa çatıb. İki lider arasında söhbət Soçidə baş tutub və dörd saatdan bir qədər çox davam edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

19:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasındA danışıqlar üç saatdır davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

16:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

***

15:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

"Unikal" xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi hava limanına enib.

***14:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb”, - qeyd olunub

***09:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya bir günlük səfər edəcək. O, həmçinin Soçidə Kreml rəhbəri Vladimir Putinlə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. 

Onun sözlərinə görə, "danışıqlar ikitərəfli əməkdaşlıq məsələlərinə - ilk növbədə iqtisadiyyata və regional problemlərin - Suriya və Ukraynanın müzakirəsinə həsr olunacaq".

Həmçinin, Peskov  görüşdə Odessadan taxılla ilk uçuşun necə getdiyi barədə fikir mübadiləsi aparılacağını bildirib. 

Gülayə  Mecid