Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə London polisi yerli mətbuata məlumat verib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan bayrağı yenidən yerinə bərkidilib.