Xəbər verdiyimiz kimi, bir qrup dini radikalçı Azərbaycanın Londondakı səfirliyinə hücum edib.

"Unikal" Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən "Mehdi Qulluqçuları Birliyi" adlı radikal qruplaşma, səfirliyə hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Sözügedən qruplaşma 2008-ci ildə Londonda yaradılmış şiə müsəlman təşkilatıdır. Təşkilatın lideri Yaser Əl-Həbib mübahisəli bir din xadimidir, onun "Cənnət xanımı" filmi İslam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində İngiltərə kinoteatrlarından qaldırılıb. Böyük Britaniyada sığınacaq alan Əl-Həbib, Küveyt hakimiyyəti ilə mübahisələrdən sonra ölkədən çıxaraq radikalçılıqla məşğul olub.

Ağarza Elçinoğlu