Vətən müharibəsi qazisi Sadiq Hüseynov iş axtarır.

"Unikal"a müraciət edən qazi bildirib ki, 2007-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib.

İkinci Qarabağ müharibəsində Kəlbəcər, Füzuli, Hadrut, Xocavənd, Qubadlı və Şuşanın işğaldan azad olunmasında döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə düşmən snayperində açılan atəş nəticəsində ayağından yaralanıb. İki ilə yaxın gəzə bilməyib. Müalicə alan S.Hüseynova III qrup əlillik təyin olunub.

O bundan əvvəl Aprel döyüşlərində də iştirak edib. Döyüşdə fərqləndiyi üçün fəxri fərman və qiymətli hədiyyələrə layiq görülüb. Döyüşlərdə iştirakına görə, 10 medalla təltif olunub.

Bundan başqa qazimiz Vətən müharibəsində həkim kimi də fəaliyyət göstərib. 30-dan çox yaralıya ilkin tibbi yardım göstərib.

Ailəli olan qazimizin həyat yoldaşı da II qrup əlildir. Üç övlad atası olan S.Hüseynov işlə təmin olunmasını istəyir.

Əlaqə nömrəsi: 055 648 78 28