Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

"Unikal" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Elvina Atakişiyeva məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora bacısı Gülnaz donor olub. Onun qaraciyərinin bir hissəsi Elvinə köçürülməli idi.