Abşeronda obyektdən 10 min manatlıq oğurluq edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyulun 24-dən avqustun 1-dək olan müddətdə Mehdiabad qəsəbəsi ərazisindəki istifadə olunmayan obyektlərin birindən 10000 manat dəyərində qapı və pəncərələr oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Hacıyev saxlanılıb.