"Joker" komiksinin davamı olan "Folie A Deux" 4 oktyabr 2024-cü ildə ABŞ-da kinoteatrlarda nümayiş olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

"Gotham" yeraltı dünyasının kralı haqqında ilk film 4 oktyabr 2019-cu ildə nümayiş olunub. Layihə qlobal kassada bir milyard dollardan çox gəlir əldə edib. 

Feniksin baş rola qayıtması gözlənilir. Müğənni Ledi Qaqa da aktyora qatıla bilər.  Rejissor Todd Phillips olacaq.

Gülayə Mecid