Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" bu gün III təsnifat mərhələsində ilk matçına çıxacaq.

"Unikal" xəbər verir ki, bakılı ağ-qaralar doğma azarkeşləri önündə Avstriya "Rapid"ini qəbul edəcək.

"Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
4 avqust
21:00. "Neftçi" (Azərbaycan) – "Rapid" (Avstriya)
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. "Bakcell Arena"