Lerik rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Lənkəran şəhər sakini, 32 yaşlı Ruslan Fərhad oğlu Kərimovun idarə etdiyi “10-LJ-164” dövlət nömrə nişanlı ''Mercedes'' markalı yük avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə zamanı ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

R.Kərimovun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.