"Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya yaymaq kimi əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar".

Bu barədə "Unikal"-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik", - MN-dən qeyd olunub.