Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın avtomobillərindən biri axtarışa verilib. 

"Unikal" xəbər verir ki, müğənninin açıq boz rəngli cipi oğurlanıb. 

Sənətçinin vəkili Andrey Aleshkinin dediyinə görə, "yol polisi oğurluq barədə sahibindən ifadə aldıqdan sonra axtarış elan edilib".

Vəkilin sözlərinə görə, avtomobil tapılana qədər və ya sahibi ərizəni geri götürənə qədər axtarışda olanlar siyahısındadır.