“Qarabağ” futbol klubu ilə bağlı sənədli film hazırlanacaq.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, filmdə 30 il müddətində “Qarabağ” klubunun fəaliyyəti, qarşılaşdığı ədalətsizliklər öz əksini tapacaq.