Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 799 471 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 639 nəfərdir.

Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.