“Xetafe” heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi "Real"dan Borxa Mayoralı transfer edib. 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Mayoral ötən mövsümü icarə əsasında "Xetafe"də keçirib.