UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün 28 min bilet satılıb. 

"Unikal" xəbər verir ki, 5, 10 və 20 manatlıq biletlərin hamısı satılıb.

Hazırda satışda yalnız 50 və 75 manatlıq biletlər qalıb. 

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.