“Yeddilik” ölkələrinin və Türkiyənin Ukraynadakı səfirləri Ukraynanın ərzaq ixracının bərpasına dair sazişin həyata keçirilməsinin vacibliyini ifadə etmək üçün Odessaya gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons “Twitter” səhifəsində məlumat verib.

"Ukraynanın ərzaq ixracını bərpa etmək üçün BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın əhəmiyyətinə şəhadət vermək üçün indi Odessada olan G7 həmkarlarım və Türkiyə səfirləri ilə birlikdəyəm. Rusiya bu razılaşmaya hörmət etməlidir”, - o yazıb.

Qeyd edək ki,  iyulun 22 -də İstanbulda Ukrayna, Türkiyə, BMT və Rusiya arasında dördtərəfli görüşün nəticəsi olaraq, Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının ixracına dair saziş imzalanıb.

 Gülayə  Mecid