"Bir həftə əvvəl orda (Laçında - red.) olmuşam, öz gözlərimlə görmüşəm, heç nə düzəltmirlər. Daha doğrusu, tikirlər, amma maşın üçün yoldur, o maşın belə gedib düz dərəyə yuvarlanacaq, elə tikirlər. Niyə sərhəd bölgələrində ev tikilir ki, bizi ora aparsın, türklər də alnımıza atəş açsın, hə"? 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin əsas binası yaxınlığında başlayan etiraz aksiyası zamanı jurnalistlərə Hadrutdan olan qadın məlumat verib. 

"Yenə deyirəm, mən Stepanakertə (Xankəndi - red.) getməyəcəyəm. Türklər sakitcə Stepanakertə gəlir. Bəli, mən bunu öz gözlərimlə görmüşəm. Mən getməyəcəyəm. O türk gözlərini görməyən nə dediyimi başa düşməyəcək və mən onları çox yaxşı tanıyıram, mən bakılı erməniyəm", - deyə etirazçı bildirib. 

Qeyd edək ki, hökumət binası yaxınlığında bir neçə paralel etiraz aksiyası başlayıb.

Ağarza Elçinoğlu