Ceff Bezos Aya eniş aparatının istehsalı üçün əsas müqaviləyə yenidən baxılması üçün NASA-nın 2 milyard dollar (1,4 milyard funt sterlinq) təklif edib.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, aprel ayında kosmos agentliyi Bezosun "Blue Origin" şirkətinin təklifini rədd edərək 2,9 milyard dollarlıq müqaviləni İlon Maska verib.

Mükafat isə 2024-cü ildə astronavtları Ay səthinə endirəcək eniş sisteminin qurulmasına görə verilir.

Lakin bu həftənin bazar ertəsi NASA-nın inzibatçısı Bill Nelsona Bezos ""Blue Origin", cari və növbəti iki hökumət maliyyə ilində 2 milyard dollara qədər bütün ödənişlərdən imtina etməklə HLS (Human Landing System) büdcə maliyyə çatışmazlığını aradan qaldıracaq",- deyə məktub yazıb.

Aynurə Xudaverdiyeva