İraqın Mosul şəhərinin şimal-şərqindəki Əl-Hədba rayonunda Türkiyənin Mosuldakı Baş Konsulluğu binası yaxınlığına iki raket düşüb.

"Unikal" xəbər verir ki, hadisədə can itkisi olmasa da, ətrafdakı binalara və nəqliyyat vasitələrinə ziyan dəydiyi bildirilib. 

Mosul Baş Konsulluğundan İraq mətbuatına verilən açıqlamada, hücumda konsulluq işçilərinin zərər çəkmədiyi qeyd olunub.

Bundan sonra Türkiyə XİN İraq hakimiyyətini diqqəti terrorizmlə mübarizəyə yönəltməyə və öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırıb.

Gülayə Mecid