Hindistanın Qərbi Qucarat ştatında 38 nəfər saxta spirtli içkidən dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Hindistan Səhiyyə nazirliyi məlumat yayıb.

Bildirilir ki, çox sayda insan zəhərlənərək, xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində 6 nəfər həbs edilib.

Rəsmi rəqəmlərə görə, Hindistanda hər il istehlak edilən 5 milyard litr spirtin yalnız 40 faizi qanuni istehsal olunur. Hindistanın Bihar, Qucarat, Mizoram və Naqaland ştatlarında spirt istehlakı və satışı qadağandır.