PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib.

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli KİV-ə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir:

"Onlar terrorçuları ərazidən çıxarmalı idilər. Amma bunu etmədilər. ABŞ hələ silah dəstəyini davam etdirir. ABŞ buna izahat verməlidir".