Ermənistanda yanıq xəsarətləri alan N saylı hərbi hissənin həqiqi hərbi xidmət qulluqçusu əsgər Palyan Poqosyan dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, əsgər Palyan Poqosyan hərbi bazada baş verən yanğını söndürərkən yanıq xəsarətləri alıb.  O hərbi hospitala yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. 

Gülayə Mecid