Ermənistanın paytaxtı İrəvanda Karen Dəmirçyan metropoliteninin bütün stansiyalarının işçiləri tətil edir.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, maşinistlər əməkhaqlarının artırılmasını tələb edir. Bildirilib ki, hazırda metropolitenin rəhbərliyi onlarla danışıq aparır.

Qeyd edək ki, uzunluğu 12 km-dən artıq olan İrəvandakı metropoliten 10 stansiyadan ibarətdir. Metropolitenin 45 vaqonu var, onlardan 33-ü istismar olunur.