Xəbər verdiyimiz kimi, Filippinin şimalında yerləşən Luzon adasındakı Abra əyalətində 7 bal gücündə zəlzələ baş verib.

"Unikal"  xəbər verir ki,  təbii fəlakət nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Zəlzələ torpaq sürüşməsinə, dağıntılara səbəb olub, evlərə ziyan vurub.

***09:13

Filippinin şimalında 7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun rəhbəri Renato Solidum 7 bal gücündə zəlzələnin dağlıq bölgədəki Abra əyaləti ətrafında baş verdiyini bildirib.

Təbii fəlakət nəticəsində ən azı bir nəfər xəsarət alıb və binalarda çatlar əmələ gəlib.