Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında baş verib. 

PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verib.