Ötən gün Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən rayonlarda baş verən qanun pozuntularından danışıb.

İlham Əliyev bildirib ki, bəzi keçmiş icra başçılarının qanunsuz əməlləri nəticəsində kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilib, ya da sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilib. Dövlət başçısı bu sahədə çox sayda pozuntuların aşkarlandığını diqqətə çatdıırb.

Qeyd edək ki, sözügedən qanun pozuntuları Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın, Xəzər rayonunun keçmiş icra başçısı Gülağa İslamovun və Sabunçunun hazırkı icra başçısı Adil Vəliyevin dövrlərində baş verib. Belə ki, Abşeron rayonununda Görədil, Fatmayı, Saray və Masazır, Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində, Sabunçu rayonunun Maştağa, Zabrat və Sovxoz Ramana qəsəbələrindəki kənd təsərrüfatı təyinatlı torpaqlar satılıb.

"Unikal"ın əməkdaşı Maştağa, Ramana, Məhəmmədli qəsəbələrində olub və həmin ərazidə qanunsuz satılan kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı reportaj hazırlayıb.

VİDEO: Ayxan Məlikov