Türkiyənin Ermənistanla münasibətlərin tənzimlənməsi üzrə danışıqlarda təmsilçisi Serdar Kılıç komandası ilə Ermənistanla həmsərhəd olan Qarsa səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə “Gazetekars” saytı məlumat dərc edib.

Kılıç Qarsdakı Müharibə Tarixi Muzeyini ziyarət edib, həmçinin Şirakın Axurik kəndi olan Ermənistanla sərhəddə yerləşən Akyaka kəndinin hazırda fəaliyyətsiz olan keçid məntəqəsini ziyarət edib.

Bir neçə gün əvvəl həmin KİV-də Ermənistanla həmsərhəd ərazidə minalardan təmizləmə işlərinin İsrail şirkəti tərəfindən aparıldığı barədə məlumat yayılıb və bu, rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşündən sonra Ermənistan-Türkiyə quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması və ən qısa zamanda birbaşa hava yük daşımalarına başlanması barədə razılıq əldə olunub. Bir neçə gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvar olduqları bildirilib.

 Gülayə Mecid