"Bellingcat"ın jurnalisti (KİV tərəfindən xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) Xristo Qrozev Ukrayna hərbi kəşfiyyatının Rusiyadan döyüş təyyarələrinin qaçırılması əməliyyatında iştirak edib.

"Unikal" xəbər verir  ki, bu  barədə Rusiya FSB məlumat yayıb. Məlumata görə, Qrozev təyyarənin qaçırılmasına görə rusiyalı pilota Ukrayna kəşfiyyatının pullarının verilməsində iştirak edən iki kuryer tapıb.

İlkin versiyalara görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi NATO-dan olan kuratorların rəhbərliyi altında pul mükafatı və Aİ ölkələrindən birinin vətəndaşlığı müqabilində rusiyalı pilotları təyyarələri qaçırmağa razı salıb. Pilotlar "Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan aerodromlarda təyyarələri uçurmalı və endirməli idilər".

FSB iddia edir ki, əməliyyatda "Bellingcat" ilə əməkdaşlıq edən (Rusiyada xarici media agenti kimi tanınır və arzuolunmaz təşkilatların reyestrinə daxil edilib) bolqarıstanlı araşdırmaçı jurnalist Xristo Qrozev iştirak edib. Kəşfiyyat xidmətinin məlumatına görə, o, Lipetskdəki vağzalda Moskvada işə götürülən kuryerlə tanış olan iki kuryer qızı tapıb. O, qaçırmağa razılıq verən rus pilot üçün onlara 4000 dollar avans ödəyib.

Hazırda  onun barəsində  araşdırma aparılır. 

Gülayə Mecid